Qızıl bahalaşdı, gümüş ucuzlaşdı

10:17 25.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

Hafta.az xəbər verir ki, bu barədə birja məlumatlarında qeyd edilib.

Bildirilib ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,04% artaraq 4 010,6 ABŞ dollarına bərabər olub.

 

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiyməti də 1,07% azalaraq 57,89 ABŞ dolları təşkil edib.