Milli Kitabxanada Silahlı Qüvvələr Günü - SƏRGİ

11:31 25.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Kitabxanada “26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Hafta.az xəbər verir ki, Kitabxananın məlumatına görə, sərgilərdə rəsmi sənədlər, ordu quruculuğu tarixi, Heydər Əliyev və Müstəqil Azərbaycanın ordu quruculuğu, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mükəmməl ordu quruculuğu strategiyası, hərb tarixi, 44 günlük Vətən müharibəsi, "Dəmir yumruq"un möhürü, tarixə adı qızıl hərflərlə yazılmış generallar, hərbi xadimlər, veteranlar, qazilər və vətən uğrunda şəhid olumuş hərbiçilər haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkindən istifadə edə bilərlər.