Müctəba Xameneidən ilk AÇIQLAMA

17:37 12.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın yeni dini lideri Müctəba Xameneinin rəsmi Telegram kanalında ilk müraciəti yayılıb.

Hafta.az bildirir ki, səs yazısında Xamenei Körfəz ölkələrindəki ABŞ bazalarına hücumların davam edəcəyini bildirib.

Paylaşılan səs yazısında Xamenei İran xalqı arasında birliyə çağırış edib və ABŞ və İsrail tərəfindən həyata keçirilən hücumların qisasını alacağına söz verib.

Xamenei ilk açıqlamasında deyib: "Tökülən bütün qanlara görə qisas alınacaq. Ölkəmizi bölmək cəhdlərinin qarşısını aldıq. Bütün xalqımız birləşsin. Düşmənin bölgədəki bazaları bu ölkələri nəzarət altına almağı hədəfləyir. Qonşu ölkələrlə dostluğa inanırıq. ABŞ bazalarını hədəf almağa davam edəcəyik."

Müctəba Xamenei atası Əli Xameneinin ölümündən sonra 8 martda İranın yeni dini lideri seçilib.