Müdafiə naziri: "ABŞ müttəfiqləri olmadan gücünü itirəcək"

09:00 02.04.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Polşa baş nazirin müavini və müdafiə naziri Kosiniak-Kamış, “X”  səhifəsində paylaşım edərək, ABŞ prezidenti Donald Trampın NATO-dan çıxmağı ciddi şəkildə düşündüyünə dair açıqlamalarına münasibət bildirib.

Hafta.az yazır ki, Kosiniak-Kamış, prezident Trampın açıqlamaları ilə bağlı sakitliyin qorunmasının vacibliyini bildirərək deyib: "ABŞ olmadan NATO yoxdur, amma müttəfiqləri olmadan güclü ABŞ da yoxdur".

Nazir Polşanın NATO-nun şərq cinahının təhlükəsizlik arxitekturasının qurulmasındakı əsas rolunu vurğulayıb.

"The Telegraph"a müsahibəsində Tramp ABŞ-ın NATO-dan çıxma ehtimalını "nəzərdən keçirilməyəcək qədər" adlandırıb və deyib: "Mən həmişə onların kağız pələng olduğunu bilirdim və yeri gəlmişkən, Putin də bunu bilir".