Yazını böyüt
Yazını kiçilt
Türkiyəli məşhur müğənni Alişanın qardaşı Səlçuq Təktaş, 20 gün öncə koronavirus diaqnozu ilə yatırıldığı xəstəxanada vəfat edib.
Hafta.az yazır ki, Sarıyer Maslakda yerləşən özəl xəstəxanalardan birində müalicə olunan Təktaşın vəziyyəti gecə saatlarında qəflətən ağırlaşıb və həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Gecə olmasına rəğmən, xəbəri eşidən hər kəs xəstəxananın önünə axışıb. Gələnlər arasında məşhurlardan Mahsun Kırmızıgül, Berkay və Ceylan da olub.