Nabranda avtomobil piyadanı vuraraq öldürüb

10:34 08.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmazda ölümlə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, Xudat-Nabran yolunun Nabran qəsəbəsi ərazisindən keçən hissəsində 1990-cı il təvəllüdlü Hacbaba Xanmusayev idarə etdiyi "Nissan X-Trail" markalı avtomobillə yolu keçən 1985-ci il təvəllüdlü Bəhruz Bayramovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.