Naxçıvanda 8 kənd qazsız qaldı

16:55 28.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda minik avtomobilinin çırpılması nəticəsində qaz xətti yararsız hala düşüb.

Hafta.az xəbər verir ki, hadisə zamanı D-159-luq qaz xətti qırılıb.

Təhlükəsizliklə əlaqədar rayonun Vərməziyar, İbadulla, Qışlaqabbas, Ərəbyengicə, Qarahəsənli, Tumaslı, Vayxır və Diyadin kəndlərində qaz təchizatı dayandırılıb.

Bərpa işləri yekunlaşandan sonra ərazidə təbii qazın verilişi təmin ediləcək.