Naxçıvanda şahmat birinciliyi keçirilir

20:59 03.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şahmat Mərkəzində 8-18 yaşlı şahmatçılar arasında birinciliyə start verilib.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, ️fevralın 7-dək davam edəcək yarışda 6 fərqli yaş qrupunda 100-ə yaxın oğlan və qız şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə keçirilən birincilikdə ilk 3 yeri tutan şahmatçılar mart ayında təşkil olunacaq 8–18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatında iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, bir neçə ildir muxtar respublikada bu yaş kateqoriyası üzrə birincilik keçirilmirdi.