Neftçalada 4 otaqlı evdə yanğın olub

15:22 31.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Neftçalada yanğın hadisəsi olub.

Hafta.az FHN-ə istinadən bildirir ki, Neftçala şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının mətbəxinin və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.