Yazını böyüt
Yazını kiçilt
İsrailin keçmiş baş naziri Yair Lapid “Yediot Ahronot” qəzetinə açıqlamasında "Netanyahu baş nazir olaraq davam edə bilməz. Müharibə olsa da, seçkilərin keçirilməsi mümkündür" deyib.
Hafta.az-ın yazdığına görə, Lapid, müxalifət olaraq "acı qiymətlər" ödənilsə belə, israilli məhbuslarla bağlı razılaşmanı dəstəkləyəcəklərini Netanyahuya çatdırdıqlarını ifadə edib və deyib: "Masaya yeni bir təklif gətirilməlidir. Kağız masaya qoyulduqda, qəbul edilməsə belə, hərəkətə keçir".
İsrail mətbuatında bildirilir ki, Həmas-a qarşı hərbi və kəşfiyyat uğursuzluqları Netanyahunun siyasi karyerasının sonu demək olacaq.