Netanyahunun oğlu ABŞ-da yaşamaq istəyir

09:10 09.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun ABŞ-da yaşamaq və işləmək üçün viza almağa çalışdığı bildirilir.

Hafta.az-ın yazdığına görə, Təl-Əvivdəki siyasi mənbələr bildiriblər ki, oğul Netanyahunun İsrail cəmiyyətindən uzaqlaşma böhranı yaşadığı və 6 ay əvvəl ABŞ-ın Mayami şəhərində məskunlaşmalı olduğu bildirilib. Amma oradakı yaşadıqları onu ABŞ-da qalmağa həvəsləndirib. Ona görə də “Yaşıl Kart” almağın yolunu axtarır, amma müraciətinin rədd ediləcəyindən qorxur. Yair Netanyahu bunun səbəbini “Yedioth Ahronoth” qəzetinə "Prezident Co Bayden administrasiyasının ona və ailəsinə qarşı düşmənçilik etdiyinə inanıram" deyərək izah edib.

İmmiqrasiya məsələləri üzrə ixtisaslaşmış amerikalı yəhudi hüquqşünas Maykl Filds Yair Netanyahunun hörmətli müştəriləri siyahısına qoşulduğunu təsdiqləyib və ondan Netanyahu üçün viza almasını istədiyini bildirib.

Təl-Əvivdə də ofisi olan Filds yeni müştərisini “həm İsraildə, həm də beynəlxalq aləmdə parlaq adı olan bir jurnalist, siyasi ziyalı və böyük potensiala malik istedadlı insan” olaraq xarakterizə edib.

Bu xəbər ötən ilin iyununda Londonda keçirilən toyda Yair Netanyahu və anası Sara ilə danışan siyasi mənbə tərəfindən təsdiqlənib. Netanyahunun seçki kampaniyasının müntəzəm maliyyəçilərindən biri olan milyarder Cek Qretlerin verdiyi açıqlamada deyilir: "Mən onun ABŞ-da qanuni yaşamaq istədiyini söylədiyini eşitdim, lakin xahişinin rədd ediləcəyindən qorxdum".

Bütün bunlara baxmayaraq oğul Netanyahu ABŞ administrasiyasının iddiasını rədd edib və bu ölkədə yaşamaq istəyi və tələbi ilə bağlı açıqlama verməyib.

Bildirilir ki, Netanyahunun oğlu mübahisəli şəxsdir, siyasi ekstremizmi və atasının rəqiblərinə qarşı düşmənçiliyi ilə tanınır. O, bəzən atasına mənfi təsir göstərən kobud təxribatçı fikirlər də dərc edə bilir. Bunlardan sonuncusu onun ordunu atasına qarşı hərbi çevriliş hazırlamaqda ittihamlayaraq İsrail Baş Qərargah rəisi Herzi Haleviyə söz hücumu olub. Yair Netanyahu həmçinin Baydenin başçılıq etdiyi ABŞ administrasiyasını atasının hökumətini devirmək üçün sui-qəsddə ittiham edib.

Dövlət katibinin keçmiş müavini Denni Elon, "Onlar onun sadəcə üsyankar uşaq deyil, həm də atası ilə Ağ Ev arasındakı münasibətlərdə “zəhərli maddə” olduğunu düşünürlər" deyib.

İsrail qəzetləri baş nazirin oğlu olduğu üçün Yair Netanyahunu hara getsə onu qorumaq üçün israilli vergi ödəyiciləri tərəfindən edilən hədsiz xərclər haqqında xəbərlər yayıb.

Yair Netanyahu mart ayında İsraili tərk edərək Mayamidə məskunlaşıb.

Siyasət rubrikasından digər xəbərlər