Yazını böyüt
Yazını kiçilt
Pakistan Müsəlman Liqası-N-in lideri və keçmiş baş nazir Nəvaz Şərif bu gün (11 oktyabr) yaşadığı Böyük Britaniyadan Səudiyyə Ərəbistanına gedəcək.
Hafta.az-ın yazdığına görə, o, Səudiyyə Ərəbistanında Ümrə ziyarətini yerinə yetirəcək, oktyabrın 17 və ya 18-də Dubaya uçacaq. Üç gün Dubayda qaldıqdan sonra isə Nəvaz Şərif partiya planı çərçivəsində Pakistana səfər edəcək.
Məlumata əsasən, PML-N lideri Pakistana xüsusi təyyarə ilə gələcək. Mənbələr bildiriblər ki, Navaz Şərifi daşıyan təyyarə təxminən 150 sərnişini daşıya bilən "Umeed-e-Pakistan" markalı olacaq.
Nəvaz Şərifin partiya üzvləri və jurnalistlərlə birlikdə oktyabrın 21-də Dubaydan Pakistana yola düşəcəyi bildirilir.