Niderland Kralı Prezident İlham Əliyevi TƏBRİK ETDİ

18:20 22.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Hafta.az xəbər verir ki, məktubda deyilir:

"Zatı-aliləri cənab Prezident.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.

Bu bayram münasibətilə Azərbaycan xalqına firavanlıq diləyir və ən xoş arzularımı çatdırıram".