Nümayişçilər 13 polisi girov götürdülər

11:25 12.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Meksikanın cənubundakı Gerrero əyalətinin paytaxtı Çilpansinqoda toplaşan 3 minə yaxın narazı vətəndaş qubernatorluğun ofisinə hücum edib.

Hafta.az-ın yazdığına görə, polisin etirazçılarla müdaxiləsi nəticəsində baş verən qarşıdurmadan sonra nümayişçilərdən bəziləri təhlükəsizlik qüvvələrinə məxsus zirehli maşını oğurlayaraq qubernatorluğun qapısını sındırıb və içəri daxil olub. Qubernatorluq binasını tutan nümayişçilər 13 polisi girov götürəndən sonra isə Çilpansinqo şəhərində komendant saatı elan edilib.

Təhlükəsizlik qüvvələri etirazçıların sayı çox olduğu üçün müdaxilənin yetərli olmadığını bildirib.

Hakimiyyət narazı fəalların mütəşəkkil cinayət təşkilatı ilə əlaqəli olduğunu bildirsə də, son bir neçə gündə saxlanılan iki dostunun azadlığa buraxılması və şəhərin bəzi yollarının təmiri də daxil olmaqla bəzi tələblər irəli sürüblər. Problemin həlli üçün dialoq masası qurulacaq.
Digər tərəfdən Çilpancingo şəhərində 3 gün əvvəl mütəşəkkil cinayət qrupları ictimai nəqliyyat vasitələrinə hücum edərək 5 sürücünü öldürmüşdülər.