O da "Yeraltı"na gəldi

11:25 17.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Yeraltı” serialının heyətinə sürpriz aktyor qatılıb. 

Hafta.az xəbər verir ki, tanınmış aktyor Burak Çelik layihədə "Volkan" obrazını canlandıracaq. Bu barədə Türkiyə mətbuatı yazır.

Bildirilib ki, Burak Çelik 8-ci seriyadan etibarən süjetə qoşulacaq. Bu obraz hadisələrin gedişinə ciddi təsir göstərəcək. Həmçinin, Volkanın ortaya çıxması həm "Haydar Ali", həm də "Bozo" tərəfdə yeni qarşıdurmalar yaradacaq və İstanbulun kriminal dünyasında güc mübarizəsini daha da kəskinləşdirəcək.