Ocaqnejat Azərbaycanda İranın agentura şəbəkəsi yaradıb - İlahiyyatçı

15:04 12.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Onu nəzərə almaq lazımdır ki, İran dini dövlətdir və bizdə olduğu kimi din dövlətdən ayrı deyil. Ona görə də İranda çıxış edən hər bir ruhani, din xadimi bizim ölkədə olduğu kimi molla təsiri bağışlamamalıdır. Onların din xadiminin verdiyi hökm, söz, ifadə, açıqlama birbaşa onların dövlət rəhbərliyinin sözüdür.

Bu fikirləri hafta.az-a ilahiyatçı Tural İrfan deyib. Onun sözlərinə görə, dini lider deyiləndə çoxlarında təəssürat yaranır ki, oranın Şeyxülislamıdır, xeyr:

“Orda birbaşa dövlətin sahibi, rəhbəri Vilayəti Fəqir Xameneidir. Təbii ki, İran-Azərbaycan arasında baş verən bu gərginləşmənin fonunda bizdən də layiqli cavablar verildi. Bundan sonra sərhəddə təlim keçmək kimi bizə qarşı başqa addımlar oldu. Bizə yaxın, müttəfiq dövlətlər, həmçinin Azərbaycan dövlətinin rəsmiləri onların layiqli cavabını verdi. Dindarların roluna gələndə isə burda çox təəssüfedici bəzi məqamlar var. Məsələ ondan ibarətdir ki, Azərbaycanda müstəqillik qurulandan sonra müəyyən boşluqlar olub və Azərbaycana yadımların edilməsi adı altında ölkəmizə müəyyən radikal dini cərəyanların axını baş verib. Həmini vaxt İranın burda “İmdad” komitəsi fəaliyyət göstərirdi. Çox təəssüflər olsun ki, bu yardımlar adı altında bunlar həm də öz ideoloji xətlərini Azərbaycanda bərqərar edib, kök sala biliblər. Məsələn, “İmdad” Komitəsi bağlandı, amma Ocaqnejati var idi ki, o, İranın Ali dini liderinin buradakı nümayəndəsi idi. O, status baxımından İran səfirindən üstün adamdır. Amma bizim ölkədə bəzən elə təəssürat yaradılırdı ki, guya adi bir molladır, burda oturub. Rəsmi olaraq İran Mədəniyyət Mərkəzinin rəhbəri kimi təqdim olunurdu. Amma bu adam siyasi xütbələr verirdi, buradan Amerikanın əleyhinə bəyanatlar verirdi, İsrailin əleyhinə danışırdı, məzhəbçilik toxumu səpirdi. Yəni bir növ İranın Azərbaycanda ideoloji xəttinin təməllərini atırdı. Onun fəaliyyəti nəticəsində Azərbaycanda ilahiyatçı adı altında İranın agentura şəbəkəsi yaranıb. Məsələnin qorxulu tərəfi budur. Yoxsa, İran Azərbaycana qarşı müharibə edər, nəsə atar, sözləri boş sözlərdir. Heç bir şey edə bilməz, eləmək qüdrətində də deyil. Azərbaycan özü kifayət qədər güclü dövlətdir. Digər bir tərəfdən də Azərbaycanın kifayət qədər güclü tərəfdaşları var. Burda başqalarını demirəm, Pakistanla Türkiyənin dostluğu kifayətdir. Bunun fonunda İranın Azərbaycana “xox” gəlməsi mənasız görünür. Əslində İranın şiəçiliyi şiəlik deyil. İranın Azərbaycana gətirdiyi şiəlik, şiəlik pərdəsi altında İranın milli-ideoloji xəttinin təbliğ olunmasıdır. Məsələn, İranın heç bir müsəlman ölkəsi ilə səmimi dostluq münasibəti yoxdur. Amma müsəlman olmayan, müsəlmanın əleyhinə olan dövlətlərin hamısı ilə ən yaxın müttəfiqdir. “İranla-Azərbaycan münasibətlərində dindarların rolu vəziyyətin gərginləşməsinə xidmət edir” deyə bilərik”.

Oxunma sayı 630