Ödənişli yolda qəza, iki nəfər ölüb

13:25 02.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Hafta.az xəbər verir ki, fevralın 1-i gecə saatlarında “Chevrolet” markalı avtomobil yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində eyni istiqamətdə hərəkətdə olan yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan iki sərnişin dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.