Ostin Batler Elvis rolu üçün üç il ailəsi ilə danışmadı

19:17 15.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Aktyor Ostin Batler aktrisa Janelle Mone ilə Variety üçün müsahibəsində Buzz Luhrmanın "Elvis" biopik filmində Elvis Presli rolunu çəkmək xatirinə 3 il ailəsi ilə ünsiyyət qurmadığını etiraf edib.

Batlerin sözlərinə görə, əvvəlcə məşq edib, sonra Avstraliyada çəkilişlərə gedib. “Aylar olub ki, heç kimlə danışmamışam. Mən bunu edəndə yalnız Elvis haqqında düşünürdüm. O, hər zaman öz səsi ilə danışırdı".