Pakistan və Azərbaycan ticarət evlərinin açılmasında maraqlıdır

14:42 10.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pakistan və Azərbaycanda hər iki ölkənin ticarət evlərinin yaradılması vacib təşəbbüsdür və bu istiqamətdə işlər aparılır.

Bunu hafta.az-a Pakistanın Azərbaycandakı səfiri Bilal Haye deyib.

Lakin səfir bildirib ki, bu təşəbbüsün tam reallaşması ölkələr arasında ticarətin artığı halda mümkün ola bilər. O qeyd edib ki, bu gün Bakıda təşkil olunan Pakistanın düyü dequstasiya festivalı bu istiqamətdə atılan kiçik bir addımdır.

"Ölkələr arasında ticarət dəhlizlərinin inkişaf edəndən sonra biz ümid edirik ki, ticarət evləri yaradılacaq", - B. Haye deyib.

Səfir ticarət dövriyyəsində Pakistan düyüsünün böyük rol oynaya biləcəyini də vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2021-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin həcmi 12 mln. dollara yaxın olub. Tərəflər qarşılıqlı ticarətin həcminin beş dəfəyədək artırılmasını hədəfə alıb.