Paşinyan bu addımları çoxdan atılmalı idi – Rəy

20:14 12.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan bütün mənalarda Azərbaycana uduzub. Artıq bugünkü reallıqları nəzərə almadan çıxış etməsi mümkün deyil. Paşinyan Qarabağ etiraflarını regionun gələcək planlarına uyğun məcburən səsləndirib. Bunu Azərbaycanın qüdrətli ordusu və diplomatiyası yaradıb.  Azərbaycan Prezidentinin indiyə qədər apardığı düzgün siyasət, qətiyyət və xalqımızın bu siyasi addımlara etimad göstərməsi  Ermənistan rəhbərliyini  bu açıqlamları verməyə məcbir edib”.

Bunu hafta.az-a “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov erməni baş nazir Nikol Paşinyanın Qarabağ etiraflarında toxunduğu məqamlara diqqət çəkərkən bildirib.

R.Hüseynov Paşinyanın  Lissabon sammitinə toxunmasını tarixi qələbəmizin köklərini, ulu öndərin apardığı siyasətin düzgün strateji xəttinin numunəsi kimi qeyd edib. Ekspert hesab edir ki, ulu öndərin hakimiyyət illərində Qarabağ  problemi ölkə rəhbərliyinin siyasi prioriteti olub. R.Hüseynov eyni zamanda  qeyd edib ki, o zaman qazandığımız uğurların davamı -qətiyyətli addımlar,  prinsipiallıq, beynəlxalq münasibətlərdə  sistemli və düzgün qərarlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına yol açdı.

“İki ölkə arasındakı münasibətlərin normallaşması üçün konkret addımların atılması vacibdir. Hələ ki, bu etiraflar daha çox Ermənistanda ictimai rəyin formalaşması üçün hesablanıb. Əslində həqiqətən istər sulh muqaviləsinin imzalanması, istər digər nəzərdə tutular region planları tez bir zamanda öz həllini tapmasa bu Ermənistan üçün ciddi bir fəlakət olacaq. Ona görə də Ermənistan parlamentində bu gün bizim siyasi maraqlarımızın xeyrinə müəyyən qərarlar qəbul etmək üçün canfəşanlıq edirlər”.

R.Hüseynov bildirib ki, bütün bunları analiz etməklə yanaşı, Ermənistanın siyasi rəhbərliyinin təfəkküründə cərəyan edən bəşəriyyət üçün ziyanlı idealoji bir düşüncəni də nəzərdən qaçırmamalıyıq. 

“Paşinyan bu addımları çoxdan atılmalı idi. Amma onlar Şuşada oynamağa, parlament binası tikməyə Azərbaycanı təhdid etməyə,  “Qarabağ Ermənistandır, nöqtə” deməklə vəziyyəti daha da gərginləşdirmək xəttini seçdi. İndiki siyasi reallıqları nəzərə alsaq, bunlar ermənilərin özlərini hazırladıqları tora saldı. İndi o tordan xilas olmaq üçün səmimi şəkildə  prosesin bitməsinə  qoşulmalıdırlar. Əgər Paşinyan bacarırsa dediyi kimi Ermənistanda təfəkkur dəyişikliyinə nail olsun.  Artıq Ermənistansız regionda  gələcək siyasi iqtisadi lahiyələrin bünövrəsi qoyulur. Heç olmasa ən azından  özlərini düşdükləri tordan xilas etmək üçün çabalamalıdırlar”.