Paşinyan HƏBS OLUNA BİLƏR

19:32 12.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda Paşinyana qarşı etiraz aksiyaları səngimir.

Hafta.az erməni mətbuatına istinadla bildirir ki, 44 günlük müharibədəki məğlubiyyətə görə baş nazirin həbsini tələb edənlər də var.

"Həlak olan hərbçilərin valideynlərinə qurbanların varisi statusu verilib. Amma indi Nikol Paşinyanın təqsirləndirilən şəxs qismində cəlb edilməsi və saxlanmasından danışırıq" - bunu mayın 12-də Ermənistan Baş Prokurorluğunun binası yaxınlığında keçirilən aksiyada “Ermənistan” blokundan olan deputat Aram Vardevanyan deyib.

"Baş Prokurorluğun bütün səlahiyyətləri var ki, Paşinyanı saxlasın" - deyə o bildirib.