Paşinyan rus hərbçilərinə siyahı verdi - "BU ERMƏNİLƏRİ QARABAĞA BURAXMAYIN"

13:48 09.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın “Hraparak” qəzeti yazır ki, dünən Rusiya sülhməramlıları Qarabağa gedən bəzi erməni jurnalistləri Xankəndinə buraxmayıblar.

Hafta.az erməni nəşrinə istinadla bildirir ki, rus hərbçiləri Medialab-ın müxbiri Ani Gevorkyanın da adının olduğu, xüsusən də Qarabağa girişinə qadağa qoyulacaq jurnalistlərin siyahısının verildiyi bildirib. Separatçı rejimin "Xarici İşlər Nazirliyi" isə onlara heç bir siyahı verilmədiyini bildirib.

“Ermənistan hakimiyyətinin Fərrux hadisələri zamanı, müxalifət deputatlarının Qarabağa daxil olmasına icazə verilmədiyi kimi, sülhməramlılara siyahı təhvil verməsi və arzuolunmaz “qonaqların” buraya daxil olmasına qadağa qoyması ilə bağlı sübutlar var. Xatırladaq ki, bir neçə gün əvvəl “1-in.am” jurnalistinin də sərhədi keçməsi qadağan edilib”, – qəzet yazır.

Oxunma sayı 1700
Siyasət rubrikasından digər xəbərlər