Peskov Rusiyasız taxıl sazişinin həyata keçirilməsinin risklərini açıqladı

19:13 18.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyasız taxıl sazişinin həyata keçirilməsinin risklərini qiymətləndirib, RİA Novosti xəbər verir.

“Burada, əlbəttə ki, hərbçilərimiz tərəfindən şərh edilməli olan bir sual var, çünki söhbət birbaşa döyüş bölgəsinə yaxın olan zonadan gedir. Müvafiq təminat olmadan isə müəyyən risklər var”.

Kreml sözçüsü bunu nəzərə almağa çağıraraq əlavə edib ki, Moskva bu riskləri nə dərəcədə və hansı ölkələrin öz üzərinə götürməyə hazır olduğunu deyə bilməz.