Şakiranın qonşuluğunda yaşayan Gerard Pikenin valideynləri keçmiş gəlinlərinin evindəki aramsız şənliklərdən şikayətlənirlər. Bu barədə mənbəyə istinadən Radar Online məlumat yayıb.
"Barselona"nın və İspaniya millisinin sabiq müdafiəçisi Joan Pikenin atası və anası Montserrat Bernabeu köçmək barədə ciddi düşünürlər. Futbolçunun valideynlərini qonşuluqda yaşayan keçmiş gəlinləri yaşayış yerini dəyişməyə məcbur edir. Radar Online-ın məlumatına görə, Şakira davamlı olaraq atəşfəşanlıqla səs-küylü əyləncələr təşkil edir, və gecə-gündüz pərəstişkarlarının izdihamı evinin yaxınlığında toplaşır. Bu, uğursuz qayınatası və qayınanasının narazılığına səbəb olur.
Şakira ilə Jerar Pikenin valideynləri arasında münasibətlər ifaçının eyvanına - idmançının anasının pəncərələrinin tam qarşısına ifritə fiqurunu qoymasından sonra kəskinləşib.