Pilotdan “təyyarəni tərk et” elanı – 500 AVRO ALDILAR

11:29 10.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ağırlığa görə havaya qalxa bilməyən təyyarənin pilotu sərnişinlərə maraqlı təklif edib. Həmin anlar anbaan hadisə yerində olan şəxsin kamerasına əks olunub.

Bir təyyarə şirkətinin Kanar adaları-Liverpul uçuşunda yaşananlar qısa müddətdə dünya mətbuatında səs salıb. Həmin anlar bir sərnişinin kamerasına anbaan əks olunarkən pilotun sərnişinlərə təklifi aydın eşidilib.

Pilot əvvəlcə onlara üstünlük verdikləri üçün təşəkkür etdiyi sərnişinlərə “Bu gün buraya gəldiyiniz üçün hamınıza təşəkkür edirəm. O qədər çoxunuz var ki, bu gün çox ağır bir təyyarəmiz var” deyib.

Pilot sözlərinin davamında havanın kifayət qədər küləkli olduğunu və uçuşda problem yaşayacaqlarını bildirib və əlavə edib:

“Mən böyük ikinci pilotumla kokpitdə otururam və biz bu işdə çox təcrübəliyik və bunu əvvəllər də etmişik, lakin mümkün qədər təhlükəsiz olmağa çalışırıq. Amma təhlükəsizlik bizim bir nömrəli prioritetimizdir.

Təyyarədən enmək istəyən könüllülərə 500 avro ödəniləcəyini bildirən pilot, sərnişinləri razı salmaq üçün çıxışında 20-yə yaxın adamın düşməsi lazım olduğunu ifadə edərək, “Şirkətimiz 500 avroya qədər nağd pul verəcək enmək istəyən insanlara. Mümkünsə, 20 könüllüdən potensial olaraq bu gecə Liverpoola uçmamağı seçmələrini istəyirəm."

Pilotun açıqlamasından sonra 19 nəfər könüllü olaraq iştirak edib. Saat 21:45-də uçuş yalnız 23:24-də baş verib. Aviaşirkətdən verilən açıqlamada 19 nəfərin könüllü olduğu təsdiqlənib və ödənişlərin edildiyi bildirilib.