Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq

10:24 22.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Pirəkəşkül və Ağdərədə 22-26 dekabr tarixlərində istismar müddəti başa çatmış, eləcə də istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Hafta.az-a bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd edilib.