PKK Türkiyədə terror törətdi

21:07 04.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Hakkari vilayətinin Derecik rayonu ərazisində yol inşaatında çalışan işçilər PKK terrorçularının hücumuna məruz qalıblar.

Hafta.az xəbər verir ki, raket atəşi nəticəsində bir işçi ölüb, ikisi yaralanıb.

Milli Müdafiə Nazirliyinin birlikləri isə Hakkarinin Şemdinli rayonu ərazisində terror hazırlığında olan iki terrorçunun yerini təsbit edərək zərərsizləşdiriblər.