Polis işçilərinin peşə bayramı Qaradağ Rayonunda qeyd olunub

13:50 01.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

02 iyul – Polis işçilərinin peşə bayramı günü münasibətilə Qaradağ Rayonunda tədbir keçirilib.

Hafta.az-ın yazdığına görə, tədbirdə, Rayon İcra Hakimiyyəti başçısının müavini, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Polis İdarəsinin rəis müavinləri və şəxsi heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Rayon Polis İdarəsinin rəisi Ədalət Abbasov 02 iyul – Polis işçilərinin peşə bayramı münasibətilə bütün polis işçilərini təbrik edib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Polisinin cinayətkarlığa qarşı mübarizə aparmasından, ictimai təhlükəsizliyi təmin etmək kimi məsul vəzifənin öhdəsindən uğurla gələrək, fəaliyyətinin 105 ili ərzində uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğulayıb, daxili işlər orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edib, prezident İlham Əliyevin də polis işçilərinə həmişə diqqət və qayğı ilə yanaşmasından, polis əməkdaşlarının sosial problemlərinin həllindən, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılması üçün atılan addımlardan danışıb.

Tədbirin sonunda polis orqanlarında səmərəli fəaliyyətinə və Azərbaycan Polisi Günü münasibətilə Rayon Polis İdarəsinin əməkdaşları İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə təltif ediliblər.