Polyakların əksəriyyəti Ukraynanın NATO-ya sürətlə qəbul edilməsinin əleyhinədir

11:29 11.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Polşa sakinlərinin əksəriyyəti Ukraynanın ölkənin yaxın gələcəkdə Şimali Atlantika Alyansına qoşulmasına icazə vermək tələblərinə şübhə ilə yanaşır. Rzeczpospolita yazır. IBRiS-in sorğusuna əsasən, respondentlərin 47,7%-i Kiyevin bloka sürətlə daxil olmasına qarşı çıxıb.

Araşdırmaya görə, respondentlərin yalnız 40%-i Ukraynanın NATO-ya sürətlə daxil olmasını dəstəkləyir. Polşalıların daha 12,3%-i isə bu məsələ ilə bağlı öz fikrinə qərar verə bilməyib.

“Ukraynanın alyansa daxil olmasının əleyhdarları qrupuna müxalifət tərəfdarları (54%), əsasən orta şəhərlərdə yaşayan kişilər (71%), ali təhsilli insanlar (60%), mərkəzçi baxışların tərəfdarları (61%) daxildir”, - hesabatda deyilir.