Prezident: Azərbaycan və İordaniya beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəkləyir

14:10 05.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ilə İordaniya dost və qardaş, zəngin tarixə malik ölkələrdir.

Hafta.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 5-də İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharın etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olduğunu deyib, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəklədiyini məmnunluqla qeyd edib.

Siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev gələcəkdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər