Prezident: TDT-nin gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq

14:08 02.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təşkilatımızın gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq.

Hafta.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən bildirib.

“Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir”, - deyən dövlət başçısı vurğulayıb ki, həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik.