Prezident: Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir

08:56 19.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir.

Hafta.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibəsində bildirib.

Bəzilərinin yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bildiyini söyləyən dövlətimizin başçısı qeyd edib:

“Bəli, elədir. Ancaq eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir”.