Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CXP) parlament Qrupunun rəhbəri Özgür Özəl Məclis Baş Assambleyasına təqdim edilən əlavə büdcədə diqqət çəkən detalı paylaşıb.
Hafta.az-ın yazdığına görə, Türkiyə Böyük Millət Məclisinə təqdim edilən əlavə büdcə müzakirə olunarkən CHP Qrup rəhbəri prezident və AKP lideri Rəcəb Tayyib Ərdoğanın imzası ilə təqdim edilən əlavə büdcədə öz maaşının artırılmasına diqqət çəkib. Özəl Ərdoğanın maaşında 39 faiz artım etdiyini bildirib.
Müxalif xislətinə sadiq qalan Özəl bu ifadələrdən istifadə edib: “Təqaüdçülərin maaşını cəmi 25 faiz artıran Tayyib Ərdoğan, gətirdiyi əlavə büdcə ilə öz maaşını 39 faiz artırır! 86 milyon maddi sıxıntı içində olduğu halda, Ərdoğan öz imzası ilə maaşını 40 min lirə artıraraq 140 min lirəyə çatdırır!”
Bu arada qeyd edək ki, hazırda Rəcəb Tayyib Ərdoğan dünya liderləri arasında ən az maaş alan liderlərdən biridir. Onun artımdan sonar alacağı 140 min lirə Azərbaycan valyutası ilə cəmi 9,1 min manat edir…