Putin artıq Ermənistana gedə bilməyəcək – PAŞİNYANDAN QADAĞA

14:29 03.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ermənistan parlamentinin Roma Əsasnaməsini ratifikasiyası əslində Rusiya prezidenti Vladimir Putinin bu ölkəyə girişinə qadağa deməkdir. Bunu Gazeta.Ru-ya açıqlamasında Dövlət Dumasının MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulin deyib.

“Erməni tərəfi Roma Statutunun ratifikasiyasının əhəmiyyətini azaltmağa çalışır. O, bunu Rusiya dövlət məmurlarına şamil etmək fikrində olmadığını iddia edir. Digər tərəfdən, biz bu ratifikasiyanı qeyri-dost hərəkət kimi rəsmi şəkildə qınadıq. Mən yaxın gələcəkdə Rusiya Federasiyası Prezidentinin Ermənistana səfəri ilə bağlı heç bir perspektiv görmürəm. Belə olan halda erməni tərəfi başa düşməyə bilməz ki, bu cür hərəkət əslində Rusiya prezidentinin Ermənistana girişinə qadağa qoyulması deməkdir. Bu baxımdan Paşinyan və onun həmkarları ardıcıldırlar. Onlar ötən ildən Rusiyanın siyasi və ictimai xadimləri ilə bağlı təlimlərə başlayıblar”, - Zatulin bildirib.

“Əlbəttə, Rusiya prezidenti üçün ölkəyə girişi qadağan etmək çətindir, lakin bunu şübhə altına almaq, bunun hətta mümkün olduğuna şübhə yaratmaq, ratifikasiya nəticəsində belə oldu”, - Zatulin qeyd edib.

Siyasət rubrikasından digər xəbərlər