2024-cü il seçkilərində partiya üzvü deyil, müstəqil namizəd kimi iştiraka qərar verən Vladimir Putinin “Xalq Cəbhəsi” adlanan seçkiyə dəstək komandasının məşhur üzvləri bəlli olub.
Hafta.az-ın “RİA Novosti”yə istinadən yazdığına görə, siyahıda musiqi aləmindən tutmuş idman və kinoya qədər bir çox məşhur şəxslər müharibəni dəstəkləyən açıqlamaları ilə seçilir.
Siyahıda ilk olaraq Tatyana Navka (Dmitri Peskovun həyat yoldaşı, fiqurlu konkisürən, Olimpiya çempionu), Nikita Mixalkov (Oskar mükafatlı rejissor), Valeri Georgiev (Böyük Teatrın yeni baş direktoru) seçilir.
Bəzi məşhur adlar bunlardır: Olqa Brusnikina, Yelena Vyalbe, Sergey Karyakin, Mariya Kiselyeva, Denis Lebedev, Yevgeni Pluşenko, Aleksandr Povetkin, Dmitri Pevotsov. Yevgeni Mironov, Stas Mixaylov, Nikolay Rastorquyev, Yuliya Çiçerina, Diana Qurtskaya, Vladimir Maşkov, Zaxar Prilepin.
Putini həmçinin futbolçu Andrey Arşavinin keçmiş həyat yoldaşı Yuliya Baranovskaya, bəzi hərbi müxbirlər, məşhur həkim Leonid Roşal və federal telekanalın bəzi aparıcıları dəstəkləyəcək.
Siyahıda Putinin namizəd olmaq niyyətini açıqladığı zaman Kremldə jurnalistlərin qarşısında sual verən separatçı Donbas “Xalq Respublikası” Xalq Şurasının sədri, zabit Artem Joqa da var.