Qarabağ münaqişəsi tənzimlənmədən MDB-də əməkdaşlığın inkişafı mümkün deyil - Əli Əsədov

14:00 06.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dağlıq Qarabağdakı vəziyyət tənzimlənmədən MDB-də əməkdaşlığın hərtərəfli inkişafı mümkün deyil.

Hafta.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov MDB Hökumət başçıları şurasının videokonfrans formatında keçirilən iclasında deyib.

O bildirib ki, Azərbaycan BMT üzv dövlətləri ilə əməkdaşlığın inkişafına maraqlıdır:

“Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlıqda maraqlıdır. Amma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tənzimlənmədən Birlik çərçivəsində hərtərəfli əməkdaşlıq mümkün deyil”.