Yazını böyüt
Yazını kiçilt
İşğaldan azad olunmuş ərazilərdə bizim mədəni irsimizə qarşı törədilmiş vəhşiliklərin bütün dünyaya çatdırılması üçün növbəti hesabat hazırlanıb.
Hafta.az-ın məlumatına görə, bununla bağlı jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
Ombudsman bildirib ki, sözügedən hesabat ilin sonuna qədər təqdim olunacaq:
"İşğaldan azad olunmuş ərazilərdə erməni hərbi-siyasi dairələrinin törətdiyi müharibə cinayətlərini dünyaya çatdırmaq bizim əsas hədəfimizdir".