Fələstin və İsrail arasında münaqişə fələstinliləri və israilliləri qane edəcək sülh sazişi ilə başa çatmalıdır. Lakin tərəflərin nə vaxt razılığa gələcəyini söyləmək hələ tezdir.
Hafta.az bildirir ki, bu fikirləri rusiyalı politoloq Yuri Svetov səsləndirib. Onun sözlərinə görə, ancaq bunun nə qədər tez baş verəcəyini təsəvvür etmək çətindir. Çünki indi HƏMAS hərəkatı “İsraili dənizə ataq” şüarı ilə fəaliyyət göstərir. Onların arxasında İsrailin mövcudluq hüququnu tanımayan İran dayanır. Öz növbəsində israillilər Qüdsün bir hissəsinin Fələstinin paytaxtı olması fikri ilə barışmaq istəmirlər.
Politoloq xatırladıb ki, İsrailin nüvə silahına malik olması və ABŞ-ın dəstəyi də münaqişənin gedişində mühüm rol oynayır.
Politoloq Qəzza zolağında yaşananlarla Qarabağdakı hərbi əməliyyatlar arasında da maraqlı müqayisə aparıb.
Politoloq hadisələrin Dağlıq Qarabağdakı son münaqişənin ssenarisi üzrə inkişaf edəcəyini də istisna etməyib:
“Ermənistan 1994-cü ildə Azərbaycanı məğlub etdi və sülh sazişindən imtina etdi. Sülh sazişinə əsasən beş rayon Azərbaycana, iki rayon Ermənistana qalırdı. Amma heç bir razılıq əldə olunmadı. Nəticədə Azərbaycan Ermənistanı məğlub etdi, indi isə Dağlıq Qarabağı geri aldı. İnsanlarsız da olsa Qarabağ indi Azərbaycanın tam nəzarəti altındadır. İsrail-Fələstin münaqişəsinin də eyni şəkildə bitəcəyini istisna etmirəm. İsrail Qəzza zolağını məhv edəcək, bütün ərəblər oradan qaçacaq və ərazi İsrailin nəzarətində qalacaq”.