Yazını böyüt
Yazını kiçilt
Son gün ərzində Qırğızıstanda COVID-19-a yoluxma sayı yenidən artıb. Əgər dünən bu rəqəm 439 olmuşdursa, bu gün 556-ya çatıb və pandemiya dövründə 62 min 304 nəfər təşkil edib.
Hafta.az xəbər verir ki, son 24 saatda 551, ümumiyyətlə isə 53 min 406 xəstə sağalıb.
Son sutkada virusdan 2 xəstə həyatını itirib, ölənlərin sayı 1172 nəfərə çatıb.
Qeyd edilir ki, xəstəxanalarda 3 min 445, ev şəraitində 3 min 645 pasiyent müalicə olunur.
Bildirilir ki, son gündə 5, ümumiyyətlə 3 min 640 tibb işçisi koronavirusa yoluxub, onların 3 min 410-u sağalaraq evə buraxılıb.