Qubada 1 nəfər kanalda batdı

11:39 02.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Quba şəhərində 1 nəfər suvarma kanalında batıb.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, (FHN) "112" qaynar telefon xəttinə Quba rayonu, Quba şəhərində 1 nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.

"Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.