"Zirə" səfərdə məğlub oldu

21:54 23.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün “Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.

Hafta.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Estoniyada “Payde”nin qonağı olub.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasındakı cavab oyunu iyulun 30-da Sumqayıtda keçiriləcək.

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun

"Payde" (Estoniya) – "Zirə" (Azərbaycan) - 1:0 

Qol: Pa Abdou Çam, 87