Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr olunmuş İdman Festivalına 500-dən artıq iştirakçı qatılıb.
Hafta.az xəbər verir ki, Balakən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Rayon İcra Hakimiyyətinin, Balakən rayonu üzrə gənclər və idman sektorunun, Olimpiya İdman Kompleksinin, Balakən Gənclər Evinin, Uşaq-Gənclər İdman və Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən festivala səhər idmanı ilə start verilib. Daha sonra bütün idman bölmələrində isinmə hərəkətləri keçirilib, master-klaslar təşkil olunub.
Qeyd edək ki, festival 2 gün davam edəcək. Festival çərçivəsində iştirakçılar maraqlı idman yarışlarında, əyləncəli proqramlarda, ustad dərslərində iştirak edəcəklər, idmançılar öz nümunəvi çıxışlarını sərgiləyəcəklər.