“Şəfa” daha bir legioner futbolçunu heyətinə qatıb

14:38 23.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Şəfa” komandası daha bir futbolçunu heyətinə qatıb.

Hafta.az xəbər verir ki, Klubun məlumatına görə, niderlandlı müdafiəçi Kristofer Mamengi ilə 1+1 illik müqavilə imzalanıb.

25 yaşlı oyunçu ölkəsində “Utrext” və “Almere”, Kosovoda isə “Priştina” klublarının formasını geyinib. O, eyni zamanda Niderlandın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.