Moskva vilayətində Su-57 qırıcısı qəzaya uğrayıb

14:49 23.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Moskva vilayətində təlim uçuşu zamanı Su-57 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Hafta.az xəbər verir ki, bu barədə Rusiyanın "İzvestiya" nəşri yazır.

Məlumatına görə, qəza Moskva vilayətinin Luçino kəndi yaxınlığında baş verib. Bildirilir ki, pilot katapult edərək təyyarəni tərk etməyə müvəffəq olub.

Hadisə yerindən yayılan görüntülərdə təyyarənin düşdüyü ərazidə güclü yanğın və qalın qara tüstü müşahidə olunur.

Qeyd edək ki, Su-57 Rusiyanın beşinci nəsil çoxməqsədli qırıcı təyyarəsi hesab olunur. Təyyarə ilk uçuşunu 2010-cu ildə həyata keçirib və Rusiya Hərbi-Kosmik Qüvvələrinin ən müasir döyüş təyyarələrindən biri sayılır.