Novxanı sahilində yerləşən Matros restoranında Zümrüd-M Prodakşnın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş təntənəli tədbir keçirildi.
Hafta.az xəbər verir ki, tədbir "AZAD" rəqs qrupunun möhtəşəm çıxışı ilə açıldı.
Tədbirdə media nümayəndələri, ictimai xadimlər, ziyalılar və dəvətli qonaqlar iştirak edərək Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yola nəzər saldılar, jurnalistləri peşə bayramı münasibətilə təbrik etdilər və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Gecə musiqi proqramı, maraqlı çıxışlar və təltifetmə mərasimləri ilə yadda qaldı. Tədbirin ərsəyə gəlməsində dəstək göstərən Prenses Butik, Moyisey Atelye və John Pablo kosmetik şirkətinə sponsorluqlarına görə təşəkkür bildirildi.
Zümrüd-M Prodakşn bundan sonra da milli-mənəvi dəyərlərin, mədəniyyətin və jurnalistikanın inkişafına töhfə verən layihələrini davam etdirəcəyini vurğuladı.

