Yazını böyüt
Yazını kiçilt
Türkiyədə Şanlıurfanın Siverek rayonunda yaşayan 28 yaşlı memar Lütfü Seray ötən həftə itini gəzdirərkən ərazidə gəzən sahibsiz itin hücumuna məruz qalmışdı.
Hafta.az-ın yazdığına görə, evə qayıtdıqdan sonra quduzluq əlamətləri görünən Seray yaxınları tərəfindən dərhal xəstəxanaya aparılıb.
Quduzluq diaqnozu qoyulan Lütfü Seray Qaziantepə köçürülüb. Təxminən bir həftədir Qaziantepdə müalicə alan Seray həkimlərin bütün səylərinə baxmayaraq xilas ola bilməyib.
Xatırladaq ki, ötən ilin noyabrında Bitlisdə də quduz itin hücum edərək dişlədiyi 10 yaşlı Mustafa Ərçətin dünyasını dəyişmişdi.