Çeçenistan lideri Ramzan Kadırov Fələstini dəstəklədiyini bəyan edib və müharibəyə qarşı çıxıb.
Hafta.az-ın yazdığına görə, lazım gələrsə, sülhməramlı kimi münaqişə bölgəsinə əsgər göndərməyə hazır olduğunu bildirən Kadırov, "Kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirə, münaqişəni davam etdirənləri də dayandıra bilərik” deyib.
“Fələstini dəstəkləyirik və müharibəyə qarşıyıq. Avropaya və bütün Qərbə onları yaraqlıları məhv etmək bəhanəsi ilə mülki insanları bombalamamağa çağırırıq. Müsəlman ölkələrinin liderlərinə səslənirəm: haradasınız, müsəlmanlar? Bir-birimizlə vuruşacaq qədər cəsuruq, bir-birimizi təhdid edəcək qədər cəsarətliyik. Uca Allahdan qorxun, doğrunu söyləyin" deyib Ramzan Kadırov.
Xatırladaq ki, Rusiya ilk gündən tərəfləri atəşi dayandırmağa çağırıb.Xarici işlər naziri Sergey Lavrov Moskvanın hər cür zorakılığı pislədiyini qeyd edib.