““Reinteqrasiya” cəmiyyətdaxili münasibətlərə aid olan termin olduğuna görə bunu regiona, yaxud coğrafiyaya şamil etmək mümkündür. Bunu həmin regionun əzəli sakinlərinə şamil etmək uğurlu deyil”.
Bunu Hafta.az-a deputat Hikmət Babaoğlu işğaldan azad olunan ərazilərdə başlanan reinteqrasiya prosesinin daha çox kimlərə şamil olunması ilə bağlı açıqlamasında bildirib.
H.Babaoğlu qeyd edib ki, “reinteqrasiya” siyasi, diplomatik termin kimi yaxşıdır. Amma onu qanunlaşdırmaq, üstəlik eyni coğrafiyada yaşayan, o mühiti dərindən bilən insanlara şamil etmək uğurlu olmaz.
“Azərbaycanlını öz əraziisinə reintiqrasiya etmək həm temantik, həm hüquqi terminalogiya baxımından qüsurlu ola bilər. O zaman bu, “Xankəndidə yaşamış insanların köçüb Xankəndidə yaşamasının nəyi reinteqrasyadır”- sualını yarada bilər. Çünki o, bu coğrafiyanın adamıdır. Eləcə də “Azərbaycan cəmiyyətinin, özünün özünə reinteqrasiyası” ifadəsi də uğurlu deyil.
Deputat bildirib ki, “Reinteqrasiya” ifadəsinin ərazimizdə yaşayan ermənilərə şamil olunması daha uyğundur”.