Dünya şöhrətli rejissor Ceyms Kemeron 1998-ci ildə Akademiya Mükafatları mərasimində geyimi ilə bağlı yaşadığı utancverici problemdən danışıb.
Hafta.az-ın yazdığına görə, kanadalı rejissor 1997-ci ildə çəkdiyi “Titanik” epik sevgi filminə görə “Ən yaxşı Film”, “Ən yaxşı Rejissor” və “Ən yaxşı Film Montajı” mükafatlarını qazanıb. “The Hollywood Reporter”a danışan Kemeron mərasim gecəsinin ortasında dərzisinin onu pərt etdiyini bildirib. “Mən (o vaxtkı həyat yoldaşı) Linda paltarının qayışının düşdüyü yerdə dayanmağa çalışırdım” deyib. Və smokinqim son saniyədə bitdi. Akademiya Mükafatları mərasiminə getməzdən əvvəl dərzi bizimlə “Four Seasons”da görüşməli idi. Dərzi heç gəlmədi və şalvarımın belinin eni 7-8 düym qaldı. Bir əlimlə şalvarımı tutub saxlayarkən, digər əlimlə Lindanın paltarını tuturdum. Xəcalət gecəmiz belə keçdi”,- deyə o, başına gələnləri açıqlayıb.
Uğurlu rejissor ən yaxşı montaj mükafatını almaq üçün ilk dəfə səhnəyə çağırılanda şalvarının problem olacağını anladığını deyib. "Mən düşündüm ki, daha batdıq. Mənim yerimə siz təsəvvür edin ki, çıxış edirsiniz…”, - o, deyib.
Qeyd edək ki, Kemeron bir daha 2023-cü il Akademiya Mükafatlarında “Ən yaxşı Film” nominasiyasına namizəd olub – “Avatar”ın davamı olan “Suyun yolu” filminə görə.