“The Thing” kült qorxu filminin rejissoru Con Karpenterin filmi yayımlanarkən onu sərt şəkildə tənqid edənlərə bir mesajı var.
Hafta.az-ın yazdığına görə, 1982-ci ildə yayımlanan "The Thing" Antarktidaya göndərilən tədqiqat qrupunu izləyir, burada onlar özlərinin şəklini dəyişən və qurbanlarının görünüşünü alan bir yadplanetli tərəfindən ovlanırlar.
Dəhşət janrında kült klassik hesab edilən “The Thing”, “Carpenterin Halloween” xaricində ən məşhur filmlərindən biridir.
Kaptenter “The Late Show with Stephen Colbert” tok-şousunun qonağı olub. Kolbert məşhur rejissordan onun klassik filmini tənqid edənlərə nə demək istədiyini soruşub. 75 yaşlı Karpenter 1982-ci ildə “The Thing”i tənqid edənlərə mesajını izah edib. Amerikalı rejissor zarafatla onun filmini tənqid edənlərin “hər biri ilə otaqda 5 dəqiqə vaxt keçirmək” istədiyini bildirib.
“Onların hər biri ilə bağlı bir otaqda cəmi 5 dəqiqə vaxt keçirmək istəyirəm. Yalnız ikimiz. İstədiyim tək şey 5 dəqiqədir, sonra xoşbəxt olacağam”, - o deyib.
“The Thing” ekranlara çıxanda bir çox tənqidçilər filmi "dayaz xarakteristikası və qanlı, iyrənc səhnələrdən həddən artıq istifadə" üçün tənqid atəşinə tutublar.
Kolbert Karpenterlə müsahibədə eyni ildə Steven Spielberg klassiki E.T.-nin ekranlara çıxmasının “The Thing”ə zərər vermiş ola biləcəyini də deyib.
“The Thing” zaman keçdikcə sədaqətli pərəstişkar bazası qazanaraq, kult klassikinə çevrilib.